"" Hendrick Motorsports" pilotu Kayl Larson 2025-ci il NASCAR mövsüm çempionluğunu qazandı.
Ucnoqta.az xəbər verir ki, Arizona ştatının Avondeyl şəhərində keçirilən çempionatın pley-off finalında titul uğrunda dörd pilot mübarizə aparırdı: Larson, komanda yoldaşı Vilyiam Bayron və Co Gibbs Racing pilotları Denni Hamlin və Ceys Brisco. Mövsümün qalibi turnir cədvəlində ən yüksək yeri tutan pilot oldu.
33 yaşlı Larson 2013-cü ildən bəri NASCAR-ın yüksək divizionunda yarışır. 2020-ci ildə virtual yarış zamanı irqi təhqir etdiyinə görə diskvalifikasiya edildi.