Vens oktyabrın 21-də İsrailə gedəcək

12:32 - 21 Oktyabr 2025 - DÜNYA

ABŞ-ın vitse-prezidenti J.D.Vens oktyabrın 21-də İsrailə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, səfərin əsas məqsədi Qəzza zolağında Fələstinin Həmas hərəkatı ilə çətinliklə əldə edilmiş və kövrək atəşkəs razılaşmasını xilas etməkdir.

Qəzetin yazdığına görə, atəşkəsin qorunması Tramp administrasiyası üçün Qəzza ilə bağlı iddialı müharibədən sonrakı planını həyata keçirmək üçün çox vacibdir.
Plan 20 bənddən ibarətdir və xüsusilə anklavda müvəqqəti xarici idarəetmənin tətbiqi, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur.

Xəbər xətti