Madaqaskarın prezidenti Andri Rajoelina parlamentin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib.
Ucnoqta.az xəbər verir ki, “Reuters” bu barədə prezidentin ofisinin rəsmi “Facebook” səhifəsindəki bəyanatına istinadən məlumat yayıb.
Prezidentin harada olduğu bilinmir. Müxalifət onların tərəfinə keçmək üçün nazirlik rəsmiləri ilə danışıqlar aparır.