“Tomahavk” raketi vəziyyəti nüvə müharibəsinə aparacaq - Lukaşenko

13:26 - 14 Oktyabr 2025 - DÜNYA

Heç bir “Tomahavk” raketi Ukraynadakı münaqişəni həll etməyəcək; vəziyyəti nüvə müharibəsinə aparacaqlar.

Ucnoqta.az xəbər verir ki, bunu oktyabrın 14-də Belarus prezidenti Aleksandr Lukaşenko qlobal beynəlxalq vəziyyət və Belarus-Amerika münasibətlərinin inkişafı ilə bağlı keçirilən müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki,Rusiya rəhbərliyi Ukraynada sülhün bərqərar olmasına sadiqdirlər.

“Heç bir “Tomahavk” raketi problemi həll etməyəcək, onlar vəziyyəti nüvə müharibəsinə aparacaq. Ola bilsin ki, Donald Tramp bunu hamıdan yaxşı başa düşür, çünki o, bu ölümcül silahları təhvil verməyə və prezident Zelenskinin ümid etdiyi kimi Rusiyanın dərinliklərinə zərbələr endirməyə tələsmir”, - Belarus lideri bildirib.

Xəbər xətti