ABŞ Kiyevə 50-dək "Tomahavk" raketi verə bilər

12:23 - 14 Oktyabr 2025 - DÜNYA

Birləşmiş Ştatlar Ukraynaya 20-dən 50-dək "Tomahavk" raketi verə bilər. Lakin bu rəqəm münaqişədə strateji dəyişikliyə nail olmaq üçün kifayət etməyəcək.

Ucnoqta.az bildirir ki, Financial Times (FT) xəbər verir ki, bu fikri Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) müdafiə tədqiqatları proqramının direktoru Steysi Pettyjon bölüşüb.

“Vaşinqton Ukraynaya təqribən 20-50 “Tomahavk” raketi verə bilər ki, bu da münaqişənin dinamikasını əhəmiyyətli dərəcədə dəyişməyəcək”, - ekspert təklif edib.

Xəbər xətti