İran nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş saziş bağlamağa hazırdır, lakin respublikanın dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək.
Ucnoqta.az xəbər verir ki. bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik", - nazir qeyd edib.