Koreya Respublikasının yeni prezidenti Li Çje Myunq andiçmə mərasimində KXDR ilə əlaqə saxlamağa hazır olduğunu deyib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini Yonhap agentliyi yayıb. Myunq lakin Cənubi Koreya silahlı qüvvələrinin döyüş hazırlığını qoruyub saxlaması tələb olunduğunu bildirib.
“Müdafiə xərclərimiz Şimali Koreyanın ÜDM-indən iki dəfə çoxdur, silahlı qüvvələrimiz dünyada beşinci ən böyükdür. Biz Şimali Koreya ilə ünsiyyətə açıq olacağıq, Koreya Respublikası ilə ABŞ arasında hərbi müttəfiqliyə əsaslanan güclü çəkindirmə sayəsində Şimali Koreyanın hərbi təxribatlarına və nüvə silahlarına hazır olmaqla, əməkdaşlıq yolu ilə Koreya yarımadasında sülh quracağıq”, - Li Jae-Myunq bildirib.