İsrail ordusunun Qəzza zolağının cənubunda humanitar yardım paylama mərkəzini atəşə tutması nəticəsində 20-dən çox adam həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri Misirlə sərhədə yaxın Fələstin anklavının cənubunda yerləşən Rəfahda humanitar yardımın paylanması mərkəzinə çatmağa çalışan mülki şəxslərə atəş açıb.
Hücum nəticəsində 23 nəfər ölüb, 200-dən çox adam yaralanıb.