Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO

12:48 - 18 Aprel 2025 - Cəmiyyət

Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. Artıq 10 gündür ki, hospitalda müalicə alan sənətkarın vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.

Yaxınlarının verdiyi məlumata görə, Vahid Əliyevin səhhəti həkim nəzarəti altındadır və müalicə prosesi davam edir.

Qeyd edək ki, Vahid Əliyev 2023-cü ilin yanvarında ağır ürək əməliyyatı keçirib.///Lent.az

Xəbər xətti