2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatının ümumi mükafat fondu 1 milyard dollar, turnirin qalibi isə 125 milyon dollara qədər qazanacaq.
Ucnoqta.az xəbər ki, bu barədə FİFA-nın saytında məlumat verilib.
2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək turnirdə ilk dəfə 32 komanda iştirak edəcək.
Qrup mərhələsindəki hər qələbəyə görə klub 2 milyon, heç-heçəyə görə 1 milyon, 1/8 finala vəsiqə üçün 7,5 milyon, 1/4 finala çıxana görə 13,125 milyon, yarımfinala çıxana görə 21 milyon dollar qazanacaq. Finalçı daha 30 milyon dollar, çempion isə 40 milyon dollar alacaq.
Bundan əlavə, hər bir klub sadəcə turnirdə iştiraka görə müxtəlif məbləğlər alacaq.
Avropadan olan komandalar 12,81 milyon dollardan 38,19 milyon dollara qədər (idman və kommersiya meyarları əsasında müəyyən edilən reytinqlə müəyyən edilir), Cənubi Amerikadan - 15,21 milyon dollar, Şimali Amerika, Asiya və Afrikadan - hər biri 9,55 milyon dollar, Okeaniyadan hər biri 3,58 milyon dollar alacaq.