Sudan silahlı qüvvələri 2023-cü ilin aprelində hava limanını ələ keçirmiş Çevik Reaksiya Qüvvələrini çıxararaq, ölkənin paytaxtı Xartumun beynəlxalq hava limanını ələ keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Telekanal hərbi mənbələrə istinadən xəbər verir ki, hazırda hava limanı tamamilə təmizlənib.