Ermənistan parlamenti Aİ-yə daxil olması prosesini təsdiqlədi
Ucnoqta.az xəbər verir ki, Ermənistan parlamenti respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda təsdiqləyib.
Bu qanunvericilik prosesinə başlayan təşəbbüs qrupunun nümayəndəsi bildirib ki, sənəd Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsini nəzərdə tutmur, sadəcə olaraq prosesin başlandığını bəyan edir. Eyni zamanda o, Aİ-yə namizəd heç bir ölkənin belə bir qanun qəbul etmədiyini etiraf edib.