Rusiyanın son itkiləri açıqlandı - SİYAHI

09:51 - 25 Mart 2025 - DÜNYA

Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya Federasiyası 905 940 əsgərini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində Rusiya Ordusu daha 1180 hərbçisini itirib.

Həmçinin Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 5 tankını, 18 zirehli döyüş maşını, 61 artilleriya sistemi, üç reaktiv yaylım atəş sistemi, 118 operativ-taktiki pilotsuz uçan aparatı və 98 avtomobil texnikasını məhv edib.

Xəbər xətti