Neftin qiyməti 73 dolları ötüb

20:29 - 24 Mart 2025 - İQTİSADİYYAT

Brent markalı neftin qiyməti martın 3-dən bəri ilk dəfə bir barel üçün 73 dolları ötüb

Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin mayında fyuçerslərinin qiyməti 2025-ci il martın 3-dən bəri ilk dəfə bir barel üçün 73 dolları ötüb.
Belə ki, Brent markalı neftin qiyməti 1,22% bahalaşaraq 73,04 dollar/barelə bərabər olub.

 Eyni zamanda, WTI markalı xam neftin may fyuçersləri 1,32% bahalaşaraq bir barel üçün 69,18 dollar olub.

Xəbər xətti