Santuş milli komandanın uduzmasının səbəbini AÇIQLADI

17:22 - 24 Mart 2025 - İDMAN

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş martın 25-də Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransı keçirib.

Ucnoqta.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Azərbaycan millisinin müdafiə baxımından çox zəif olduğunu deyib. Məşqçi hücumda da problemlər olduğunu söyləyib:

"Azərbaycan millisi kollektiv şəkildə yaxşı oynamır. Komanda kolllektiv şəkildə çox asan qollar buraxır. Yüksək səviyyədə çıxış etmək istəyiriksə buna yol verilməməlidir. Hazırda aqressivlik çatmır. Bura gəldiyim gündən eyni sözləri təkrarlayıram. Müdafiə təkcə komanda şəklində qapı qarşısına toplaşamaq anlamına gəlmir. Hücumda bəzi şeyləri yaxşı edə bilirik. İnanın ki, bu epizodları qola çevirsək, daha yaxşı durumda olarıq. Problemlərdən biri hücumları sonladıra bilməməyimizdir. Məşqlərimizin birini də məhz buna həsr etdik".

Qeyd edək ki, Azərbaycan – Belarus matçı martın 25-də Masazır qqəsəbəsində “Bank Respublika Arena”da baş tutacaq. Oyun saat 21:45-də start götürəcək.

Xəbər xətti