Ermənistan parlamentinin müvafiq komitəsi respublikanın Aİ-yə daxil olması prosesinin başlanmasına dair qanun layihəsini əsas oxunuşda qəbul olunmaq üçün təsdiq edib və sessiyanın gündəliyinə daxil edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının növbədənkənar iclasında qəbul edilib.
Avrointeqrasiya daimi komissiyasının sədri Arman Eqoyan müzakirələr zamanı bildirib ki, Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib. Komissiya layihəni parlamentin sabah başlayacaq iclaslarının gündəliyinə çıxaracaq.