Bu gün futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Ucnoqta.az xəbər verir ki, saat 21:45-də start götürəcək matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Oyunu türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.
Xatırladaq ki, FİFA reytinqində Azərbaycan 117-ci, haiti millisi isə 153-cü sırada qərarlaşıb
22 mart
21:45 Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.