Aİ sammiti Kiyevə 5 milyard avroluq hərbi təchizat qərarını təsdiqləmədi

17:48 - 20 Mart 2025 - DÜNYA

Aİ sammitində Ukraynaya yeni hərbi yardımla bağlı praktiki qərarlar qəbul edilməyib

Ucnoqta.az xəbər verir ki, Aİ-nin diplomatiya rəhbəri Kaja Kallasın Kiyevə 40 milyard avro məbləğində və ya onun azaldılmış variantı - 5 milyard avro məbləğində hərbi yardımla bağlı təşəbbüsləri yekun sənəddə qeyd edilmir.
Macarıstan ümumi sammit bəyanatının qəbuluna mane olduğu üçün sənəd Aİ-nin 26 ölkəsinin bəyanatı kimi yayılıb.

"Bəyanatın mətni Aİ ölkələrinin 26 dövlət və hökumət başçısı tərəfindən qəti şəkildə dəstəkləndi. Avropa Şurası növbəti iclasında (iyunun sonuna planlaşdırılıb) bu ​​məsələnin müzakirəsinə qayıdacaq", - sənəddə deyilir.

Xəbər xətti