Bakı-Qazax yolunda tıxac yarandı – Video

15:24 - 20 Mart 2025 - AVTO

Bakı-Qazax yolunun Qaradağ yonu Sangaçal qəsəbəsi ərazisindən keçən hissəsində ağır tıxac və sıxlıq müşahidə edilir.

Ucnoqta.az Avtosfer.az-a istinadən xəbər verir ki, bayramla əlaqədar rayona gedən sürücülərin sayında artım var. Digər tərəfdən, yolun hansısa hissəsində qəza baş verdiyi, tıxacın da bu səbəbdən yarandığı bildirilir.

Hazırda ərazidə bir neçə kilometr uzunluğunda sıxlıq var.

Xəbər xətti