Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.
Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.
Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.
Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.
Faktla bağlı araşdırmalar aparılır.///qafqazinfo