İran xarici işlər nazirinin müavini Qrossi ilə nüvə məsələlərini müzakirə edib

16:37 - 17 Mart 2025 - DÜNYA

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (ABEA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, iranlı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb. Tərəflər Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.

Görüş zamanı İran və MAQATE arasında əməkdaşlıqla bağlı məsələlər, qalan iki problemin həlli - nüvə obyektlərinin təhlükəsizliyi və nüvə proqramı ətrafında baş verən son hadisələr, eləcə də sanksiyaların ləğvi müzakirə edilib.

Xəbər xətti