Xalq artisti, rejissor Ənvər Həsənov dəfn edilib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, aktyorun dəfn mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
Mərhum Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.
Qeyd edək ki, Ə. Həsənov ötən gün uzunsürən xəstəlikdən sonra vəfat edib.