Rəssam Nağdəli Xəlilov vəfat edib

08:37 - 17 Mart 2025 - Xəbər

Rəssam Nağdəli Xəlilov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə feysbuk hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Ard-arda daha bir dostumuzu itirdik... Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan rəssamı Nağdəli Xəlilov vəfat etdi”.

O, bu gün Mərdəkan qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub.

Xəbər xətti