6,6 bal gücündə zəlzələ baş verdi

07:32 - 10 Mart 2025 - DÜNYA

Norveç dənizində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,5 bal qiymətləndirib. Qeyd olunur ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəbər xətti