Rusiya və ABŞ nümayəndələri bu həftə görüşə bilər

07:30 - 10 Mart 2025 - DÜNYA

Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi bu həftə Səudiyyə Ərəbistanında baş tuta bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN televiziya şirkəti məlumat yayıb.

Məlumata görə, Amerika administrasiyasının nümayəndələri yaxın günlərdə təkcə ukraynalılarla deyil, həm də Rusiya rəsmiləri ilə görüşlər keçirəcəklər. Danışıqlarda konkret kimin iştirak edəcəyi açıqlanmır.

Xəbər xətti