Sağlam saçlara aparan yol mədədən keçir

06:46 - 10 Mart 2025 - DİGƏR

Sağlam saçlara sahib olmağın yollarından biri qidalanmadan keçir.

Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə dietoloq Hande Selin Ok çıxış edib. Sağlam, parlaq və qalın saçlara sahib olmaq üçün zülal, vitamin və minerallarla zəngin qidalar yeməyin vacibliyini vurğulayan Ok təbii ki, şampun və baxım vasitələrinin düzgün seçilməli olduğunu qeyd edib. Amma tək bunlar kifayət deyil, qalın, həcmli və parlaq görünüşlü sağlam saçlar üçün saç quruluşunu qoruyacaq və gücləndirəcək qidaları süfrənizdən kənarda qoymayın.

Dietoloq təkcə qadınların deyil, kişilərin də tökülməyən, qırılmayan, tez uzanan parlaq və güclü saçlara sahib olmaq istədiklərini ifadə edərək, qidalanmanın da saç sağlamlığına mənfi təsir göstərdiyini bildirib.

Saçlarınız çox tökülürsə, tez qırılırsa, yavaş uzanırsa və parlamırsa, pəhrizinizdə səhvlər və ya çatışmazlıqlar ola bilər.
Sağlam saçlara aparan yol mədədən keçir. Sağlam saçlar üçün kifayət qədər protein almaq vacibdir. Saç quruluşunun 80 faizi təbii olaraq saç quruluşunda olan keratin adlı zülaldan ibarətdir. Tam taxıl məhsulları, süd, qatıq, yumurta, yerkökü, brokoli, lobya, qoz-fındıq qəbul etməklə saç tellərini qalınlaşdıran, qırılmaları azaldan, saçları daha parlaq və canlı göstərən keratini əldə edə bilərsiniz. Omeqa-3, 6, 9 əsas yağ turşularının çatışmazlığı saç tökülməsinə səbəb olur.

A, D, C, B 6, B 12 vitaminləri, dəmir, selen, mis və sink kimi minerallarla zəngin qidalar saç üçün faydalıdır.
B6 vitamininin baş dərisində hüceyrələrin əmələ gəlməsini dəstəklədiyini və oksigenlə dolmasına kömək etdiyini ifadə edən Ok, "Bu, saç istehsalına dəstək verən bir vitamindir. Paxlalı bitkilər, xüsusilə noxud, süd və süd məhsulları, qırmızı və ağ ət, dəniz məhsulları, yumurta, süd və süd məhsullarında, noxudda, ispanaqda, kökdə, bütün taxıllarda olduğu kimi saç köklərinə də dəstək verir1 bədəndəki bütün hüceyrələr B 12 ən çox krevet və midye, qatıq və pendir kimi süd məhsullarında, yağsız mal əti, alabalıq və tuna balıqlarında olur.
"Sink və dəmir çatışmazlığı da saç tökülməsinə səbəb olur. Sink üçün balıq, qabıqlı balıqlar, qatıq və pendir kimi süd məhsulları, quş əti, qırmızı ət, fıstıq, qoz, balqabaq tumları istehlak edilə bilər.
Dəmirlə zəngin qidalara pazı, ispanaq, brüssel kələmi, kələm, brokoli, qulançar, paxlalılar, ərik qurusu, yağlı toxumlar, pomidor, qırmızı ət, yumurta və bəkməz kimi quru meyvələr daxildir. Baş dərisini canlandırmaqda və kəpəyin qarşısını almaqda təsirli olan mineral selenyumdur. Seleniumu soğan, sarımsaq, turp, göbələk, kərəviz, kələm, xiyar, balıq, tam taxıl, yumurta və günəbaxan tumlarından ala bilərsiniz. Mis çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Quru paxlalılar, tam taxıllar, quru meyvələr, qaraciyər, dəniz məhsulları, kartof, yağlı toxumlar bu mineralı əldə edə biləcəyiniz qidalardır.

Xəbər xətti