Binəqədidə silah-sursat aşkarlanıb

11:25 - 5 Mart 2025 - HADİSƏ

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində yerləşən qəsəbələrin birində 1 avtomat silahı və 27 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti