ABŞ Ali Məhkəməsi Trampın sərəncamını qüvvədə saxladı

08:17 - 27 Fevral 2025 - DÜNYA

ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının xarici ölkələrə yardımı dayandırmaq barədə sərəncamını müvəqqəti olaraq qüvvədə saxlamağa qərar verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Reuters agentliyi məlumat yayıb.

Belə ki, Ali Məhkəmə Tramp administrasiyasının aşağı instansiya məhkəməsinin qərarını bloklamaq tələbini təmin edib.

Kolumbiya dairəsindəki federal məhkəmə daha əvvəl ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə yardımı bərpa etmək üçün Tramp administrasiyasına fevralın 26-da saat 23:59-a qədər vaxt vermişdi.

Birləşmiş Ştatların Ali Məhkəməsinin sədri Con Roberts çərşənbə günü axşam qərarı müvəqqəti olaraq bloklayıb.

Beləliklə, məhkəmə daha sonra yekun hökm çıxarmaq üçün Tramp administrasiyasının tələbinə baxmaq üçün əlavə vaxt alacaq.

Xəbər xətti