Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bu barədə Ucnoqta.az səfirin sosial şəbəkədəki paylaşımına istinadən xəbər verir.
"Xocalı faciəsindən 33 il keçir. Mən bütün azərbaycanlılarla birlikdə bu soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah rəhmət eləsin!", - diplomat yazıb.