Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin aprel ayı üçün fyuçerslərinin qiyməti 2024-cü il dekabrın 31-dən bəri ilk dəfə bir barel üçün 74 dollardan aşağı düşüb.
Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 2,05% ucuzlaşaraq 73,25 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin aprel ayında tədarük üçün fyuçersləri 2,16% azalaraq 69,17 dollar/barelə bərabər olub.