Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə hakimiyyətinin 2022-ci ildə Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarını tarixi adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bunu Kobaxidze jurnalistlərə deyib.
"Biz İrakli Qaribaşvilinin üç il əvvəl verdiyi bəyanatı xatırlayırıq. Deyərdim ki, bu, cənab İrakli Qaribaşvilinin verdiyi tarixi qərar və bəyanatdır. O zaman Gürcüstanda gərginliyin artmasına, Gürcüstanı Ukraynada başlayan hərbi münaqişəyə cəlb etməyə birbaşa cəhd var idi və bizim qərarlarımız Gürcüstanda ikinci cəbhənin formalaşmasında həlledici rol oynayıb", - deyə bildirib.
O, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsi qərarını prinsipial məsələ adlandırıb. Baş nazirin sözlərinə görə, sanksiyalar pis niyyətlilərin istədiyi eskalasiya, həmçinin Gürcüstanın "iqtisadiyyatının çökməsi" demək idi.