Maskın departamenti ABŞ-ın xərclərini 65 milyard dollar azaldıb

11:37 - 25 Fevral 2025 - İQTİSADİYYAT

İlon Maskın rəhbərlik etdiyi ABŞ-ın Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ilin əvvəlindən hökumət xərclərini 65 milyard dollar azaldıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DOGE saytında dərc olunan hesabatda deyilir.

Bildirilir ki, DOGE üçün ümumi təxmini qənaət 65 milyard dollardır.  Qeyd olunur ki, departament dövlət xərclərinin optimallaşdırılması ilə bağlı bütün halları aydın və tam şəffaf formatda dərc edəcək.

Xəbər xətti