Türkiyədə 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri tutulub
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri Temir Dükançını Suriyadan Livana qaçmaq istəyərkən, sərhəddən kənar əməliyyat nəticəsində yaxalayıb.
Qeyd edək ki, teror törədən 3 nəfərdən heç biri MİT-in hədəfindən qaça bilməyib.