İsrail hərbçiləri İordan çayının qərb sahilində reydlər keçiriblər

09:00 - 25 Fevral 2025 - DÜNYA

İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı bir neçə fələstinlini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində Hebronun cənubunda yerləşən Fauvar düşərgəsinə basqın edərək bir neçə fələstinliləri saxlayıblar. 

İordan çayının qərb sahilində daha bir neçə yaşayış məntəqəsində İsrailin reydləri olduğu bildirilir.

Xəbər xətti