Ordumuzun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - açıqlamada bildirilir.
Qeyd edək ki, məlumatı bundan əvvəl "qafqazinfo" yayıb.