54 ildən sonra ticarəti bərpa etdilər

13:32 - 24 Fevral 2025 - DÜNYA

Banqladeş və Pakistan 1971-ci ildə suveren Benqal dövlətinin elan edilməsindən sonra kəsilən ikitərəfli ticarət əlaqələrini bərpa ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

25 minlik ilk gəmi ton düyü Pakistanın Qasim limanından Banqladeşə fevral ayında Dəkkə və İslamabad 50 min ton tədarük etmək üçün müqavilə imzaladıqdan sonra gedib.  İkinci analoji partiya martın əvvəlində ölkəyə gətiriləcək.
Banqladeş və Pakistan düyü ixracına başlamanın iqtisadi əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında ticarətin bərpası istiqamətində müsbət addım olduğunu bildirib.

1971-ci ilin mart ayına qədər Banqladeş Şərq əyaləti olaraq Pakistanın bir hissəsi idi.
Hindistan qoşunlarının dəstəyi ilə qazanılan milli azadlıq müharibəsində Pakistan ordusu üzərində qazanılan qələbə nəticəsində 1971-ci il martın 26-da Banqladeş müstəqilliyini elan etdi. Ölkə qonşu Hindistanla əlaqələri inkişaf etdirməyə başladı, lakin Pakistanla ticarət əlaqələri kəsildi.

Xəbər xətti