9 tank, 217 PUA, ... - Rusiyanın itkiləri artır

09:51 - 24 Fevral 2025 - DÜNYA

Rusiya Ordusu son sutkada 1030 nəfər itki verib. Genişmiqyaslı işğalının üç ili ərzində rus ordusu təxminən 868.230 əsgərini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri 9 tank, 6 zirehli döyüş maşını, 44 artilleriya sistemi, üç MLRS, 217 operativ-taktiki pilotsuz uçan aparat və 110 texnikanı məhv edib.

Qeyd edək ki, Ukrayna 16 fevral 2025-ci ildə itki rəqəmlərini rəsmi olaraq açıqlayıb. Volodimir Zelenski 46 min əsgərin öldürüldüyünü, 380 minə yaxınının isə yaralandığını bildirib.

Xəbər xətti