Rusiyanın bölgələri üzərində 22 PUA vurulub

08:23 - 24 Fevral 2025 - DÜNYA

Gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının dörd rayonu üzərində 22 Ukrayna PUA-nı ələ keçirib və məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 16 PUA Oryol vilayətinin ərazisi üzərində, üç PUA Bryansk vilayətinin ərazisi üzərində, iki PUA Ryazan vilayətinin ərazisi üzərində və bir PUA Krım Respublikası ərazisi üzərində zərərsizləşdirilib.

Xəbər xətti