"Ukrayna ABŞ-a nə 500 milyard, nə də 100 milyard dollar ..." - Zelenski

19:24 - 23 Fevral 2025 - DÜNYA

Ukrayna ABŞ-a nə onların prezidenti Donald Trampın təkid etdiyi kimi 500 milyard dollar, nə də onun hesablamalarına görə Kiyevin Vaşinqtondan yardım aldığı 100 milyard dollar borcu olduğunu etiraf etmir.

Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 "Mən bilirəm ki, bizim 100 milyard dollarımız var. Bu faktdır. Mən 500-ü qəbul etməyəcəyəm. Tərəfdaşlarımıza bütün hörmətlə yanaşırıq", - Zelenski bildirib.

"Qrantları borc kimi tanıya bilmərik. Mən Co Baydenlə danışıqlar apardım, Konqres ilə danışıqlar apardım. Orada iki partiya var idi. Bəlkə də bu, onların xoşuna gəlmir, amma bu, razılaşma idi. Bu, qrant idi. Biz bunu borc hesab etmirik".

Zelenski deyib ki, ABŞ-ın təklif etdiyi mineral sövdələşmə yeni saziş”dir və onun sözlərinə görə, əvvəllər Kiyevə verilən yardımla əlaqəsi yoxdur.

Xəbər xətti