ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda keçirdiyi söhbəti yüksək qiymətləndirib və sonra Ukrayna ilə o qədər də yaxşı danışıqlar aparmadığını vurğulayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat fondu məlumat yayıb.
"Putinlə çox yaxşı danışıqlarım olub. Ukrayna ilə isə o qədər də yaxşı danışıqlarım olmayıb".
Tramp onu da qeyd edib ki, Kiyev yalnız sözdə sərtlik nümayiş etdirə bilər və heç bir "kozır" yoxdur.
"Onların oynamaq üçün kartları yoxdur" - prezident deyib.
O, həmçinin əmin edib ki, humanitar səbəblərə görə Ukraynadakı münaqişənin həllini asanlaşdırmağa çalışır.