Bakıda ailə faciəsi: Ata azyaşlı qızı ilə ÖLDÜ

09:15 - 17 Fevral 2025 - HADİSƏ

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşın hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.

Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.

Xəbər xətti