"Azərlotere"yanın idarəetməyə verildiyi şirkətin İdarə Heyətinin üzvü HƏBS OLUNDU

13:27 - 16 Fevral 2025 - Cəmiyyət

Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörənin qardaşı, “Demirören Holding”in İdarə Heyətinin üzvü Fikret Tayfun Demirörən həbs olunub.

Ucnoqta.az-ın AFN.az-a istinadən məlumatına görə bu barədə Türkiyə mediasında xəbər yayıb. Fikret Tayfun Demirörən “qarşılıqsız çek” əməliyyatlarına görə saxlanıb. Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, bu cür hallarda hüquqi məsuliyyət yaranır və bəzi hallarda həbs cəzası tətbiq oluna bilər. Tayfun Demirörənin özünə məxsus “Mikare Real Estate” şirkətindəki ticarət fəaliyyətindən irəli gələn məsələ ilə bağlı həbs edildiyi bildirilir.

Belə ki, İstanbul 15-ci İcra Cəza Məhkəməsinin iki ayrı qərarında Fikret Tayfun Demirören haqqında qarşılıqsız çek verdiyi iddiası ilə cəza qərarı çıxarılıb. Yekun qərarlara görə, Fikret Tayfun Demirören 10 yanvar 2024-cü ildə 43 milyon 700 min TL dəyərində qarşılıqsız çekdən istifadə edib. Daha sonra, 5 fevral 2024-cü ildə 22 milyon 770 min TL-lik qarşılıqsız çek istifadə edilib. Əks tərəf icra məhkəməsinə müraciət edib. Məhkəmənin 22 noyabr 2024-cü ildə qanuni qüvvəyə minmiş iki qərarında Fikret Tayfun Demirören üçün cəmi məhkəmə cəriməsinin 66 milyon 770 min TL olduğu qeyd edilib.

Son qərardan sonra Tayfun Demirören ailəsi ilə görüşmək üçün yanvarın 15-də gecə yarısı İstanbul Hava Limanına gedib. Cinayət dəftərinin yoxlanılması zamanı axtarış qeydi üzə çıxanda polis Demiröreni saxlayıb. İstanbul Hava Limanı Şöbə Müdirliyi qrupları Tayfun Demiröreni cəza əməliyyatları üçün İstanbul Respublika Baş Prokurorluğuna göndərib. Tayfun Demirören qarşılıqsız çek cəzasını çəkmək üçün həbsxanaya göndərilib.

“Demirören İnvestisiya Holding”indən məsələ ilə bağlı açıqlama verilib. Bildirilir ki, Tayfun Demirörenlə bağlı baş verənlər “Demirören İnvestisiya Holding”ində “böyük kədərə səbəb olub”: “Əminik ki, Türkiyə məhkəməsinə həvalə edilmiş bu məsələ ədalətli şəkildə yekunlaşacaq” – deyə açıqlamada qeyd edilir. “Demirören İnvestisiya Holding”indən verilən açıqlamada qeyd edilir ki, sözügedən şirkət Tayfun Demirörənə məxsusdur: “O, həmçinin bu şirkətlə bağlı bütün sərmayələrə və borclara cavabdehdir. Dəmirören Yatırım Holdinqin iddia mövzusu olan kommersiya fəaliyyəti ilə heç bir əlaqəsi və ya borcu yoxdur”.

Qeyd edək ki, “Demirören İnvestisiya Holding”inin adı Azərbaycan üçün yad deyil. Belə ki, “Azərlotereya” ASC müqavilə əsasında “Demirören İnvestisiya Holding”ə idarəetməyə verilib.

Xəbər xətti