Trampın həbsxana fotosu Ağ Evdə

20:21 - 14 Fevral 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın həbsxanadan çəkilmiş fotosu Ağ Evdəki Oval kabinetin yaxınlığındakı dəhlizdə asılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Qeyd olunur ki, fotoşəkil ilk dəfə cümə axşamı ABŞ prezidenti ilə Hindistanın baş naziri Narendra Modinin Ağ Evdə görüşü zamanı görülüb.

2023-cü il avqustun 14-də Gürcüstanın böyük jürisi Trampı, bəzi vəkillərini, tərəfdaşlarını, seçki kampaniyasının əməkdaşlarını və yerli Respublikaçılar Partiyasının rəsmilərini 2020-ci il seçkilərinə müdaxilədə ittiham edib.

Xəbər xətti