NATO üzvü olan ölkələr müdafiə xərclərini hazırkı 2%-dən ÜDM-in 3%-dən çoxuna artırmalı olacaqlar.
Ucnoqta.az xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransına gələrkən deyib.
“Düşünürəm ki, bu, ən azı ÜDM-in 3%-dən çoxunu təşkil edəcək”, - deyə o, jurnalistlərin sualını cavablandırıb.
Onun sözlərinə görə, hazırda alyans NATO-nun iyulda Haaqada keçiriləcək sammitində müəyyən edilməli olan xərclərin səviyyəsini qiymətləndirir.
"Biz daha çox ödəməliyik. NATO-nun Avropa hissəsi daha çox ödəməlidir. Biz kifayət qədər ödəmirik", - o əlavə edib.