Modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevlə bağlı məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il müddətinə azadlıqdan məhrum edilib.