Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir qrup hərbi qulluqçusunu təltif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısı tərəfindən sərəncam imzalanıb.
Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif olunub:
“Vətən uğrunda” medalı ilə
Babayev Azər Ələddin oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Qayqiyev Şamil Mahama oğlu – mayor.