Azərbaycanda yeni medal təsis olunur

16:14 - 11 Fevral 2025 - Xəbər

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında qeyd olunub.

Bununla əlaqədar icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Milli Məclisdir.

Xəbər xətti