Dünyada siqaret hər il təxminən 8 milyon insanın ölümünə səbəb olur.
Siqaret səbəbiylə hər 6 saniyədə bir nəfər dünyasını dəyişdiyi halda, 20 xroniki, 50 ölümcül xəstəliyə səbəb olduğunu unutmaq olmaz. Siqaret çəkənlərdə ağciyər xərçənginə tutulma riski çəkməyənlərə nisbətən 20 dəfə yüksəkdir.
Ucnoqta.az xəbər verir ki, həkim dr. Başak Burgazlıoğlunun sözlərinə görə, dünyada 1,5 milyard insanın siqaret çəkdiyi və siqaret çəkənlərin 80 faizinin inkişaf etməkdə olan ölkələrdə yaşadığı məlumdur.
2021-ci ildə dünyada təxminən 1,5 milyard insanın siqaret çəkdiyi təxmin edilir. 2025-ci ildə bu rəqəmin 1,7 milyarda çatacağı gözlənilir. Siqaret çəkmək 20 xroniki xəstəliyə və 50 ölümcül xəstəliyə səbəb olur.
Xüsusilə də ağciyər xərçənginin əsas səbəbi siqaretdir. Siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riski çəkməyənlərə nisbətən 20 dəfə yüksəkdir.
Siqaret çəkmək hər 6 saniyədə bir insanın ölümünə səbəb olur. Hər beş siqaret çəkəndən biri erkən yaşda ölür. Bu, onu göstərir ki, dünyada siqaretdən hər saat ölən insanların sayı, tam yüklənmiş jumbo reaktiv təyyarənin qəzaya uğraması nəticəsində öləcək insanların sayına bərabərdir.
Siqaret tüstüsünə məruz qalan passiv siqaret çəkənlərin də böyük risk altında olduğunu vurğulayan mütəxəssis passiv siqaretin ağciyər xərçəngi riskini yüzdə 32 artırdığını qeyd edib.
Passiv siqaret çəkənlər siqaret çəkənlərin məruz qaldıqları tüstünün daha zərərli hissəsini nəfəs alırlar ki, bu da sağlamlıqlarını daha da təhlükə altına alır.