İrlandiyalı boksçu Con Kuni titul uğrunda döyüşdə uduzduqdan bir həftə sonra vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian promouter Mark Dunlopa istinadən məlumat yayıb.
Fevralın 1-də 28 yaşlı Kuni Belfastda (Birləşmiş Krallıq) uelsli Nathan Hovells ilə döyüşüb. İrlandiyalının zədəsi səbəbindən döyüş doqquzuncu raundda dayandırılıb. Davadan sonra Kuni reanimasiyaya aparılıb və kəllədaxili qansızmadan əməliyyat olunub.
Hovellsə məğlubiyyət Kuni karyerasında ilk idi. Buna qədər irlandiyalı 11 döyüşdə qalib gəlib.