“Qarabağ” klubu Julio Romao ilə yollarını ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb. Bildirilir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən komandada çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.